Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul edib.
Ednews “RİA Novosti”yə istinadən xəbər verir ki, belə ki, bir müddət əvvəl Ərdoğanın Ukrayna ətrafında baş verənləri müzakirə etmək üçün Putini Türkiyəyə dəvət edib. Kremlin rəhbəri isə Ərdoğanın bu təklifini müsbət dəyərləndirərək Türkiyəyə səfər etməyə hazırlaşır.
Artıq Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu haqda açıqlama verib.
Peskov görüşün tarixi ilə bağlı bir məlumat verməsə də, mövcud vəziyyətlə əlaqədar olaraq tez bir zamanda baş tutacağı düşünülür.
Xatırladaq ki, R.T.Ərdoğan bir müddət əvvəl danışıqlar üçün Vladimir Putini Türkiyəyə dəvət edib.
Aysel Bədəlova