Uqanda və Ruanda respublikaları arasındakı sərhədlər 3 il fasilədən sonra yenidən açılacaq.
Ednews xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyi açıqlama yayıb.
İki ölkə arasında yerləşən Katuna sərhədi yanvarın 31-də öz fəaliyyətini bərpa edəcək və uzun illər sonra yenidən insan və baqajların keçirilməsi üçün şərait yaradılacaq.
Xatırladaq ki, Katuna sərhədi iki ölkənin bir-birilərinin daxili işlərinə müdaxilə etdiyi üçün 2019-cu ildə bağlanıb.
Aysel Bədəlova