Rusiyanın “Qazprom” və Çinin CNPC şirkətləri təbii qazın alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilə imzalayıb.
Ednews xəbər verir ki, bu barədə “Qazprom”un məlumatında deyilir.
Bununla da, Çinə ixrac edilən Rusiya qazının həcmi illik 48 milyard kubmetrə çatacaq.
Xatırladaq ki, Rusiya dövlət başçısı Çinə rəsmi səfər edib, səfər çərçivəsində Rusiya lideri Çinli həmkarı ilə görüçüb.