Avstraliya pandemiya səbəbilə bağladığı sərhədlərini açmağa başlayıb.
Ednews xəbər verir ki, ölkə 21 fevraldan etibarən sərhədlərini tam istifadəyə verəcək. Bu barədə məlumatı Baş nazir Scott Morrison verib.
Açıqlamada ölkəyə tam peyvəndli şəxslərin buraxılacağı bildirilib.
Xatırladaq ki, beynəlxalq tələbələrin və immiqrantların ölkəyə girişinə 2020-ci il dekabr ayında icazə verilib.
Aysel Bədəlova