Yerə 4 Eyfel qülləsi böyüklüyündə asteroid yaxınlaşır.
Ednews-in Report-a istinadən verdiyi məlumata görə, bu barədə "Roskosmos"un teleqram kanalı xəbər verir.
Məlumata görə, asteroid martın 4-də planetin yanından keçəcək.
Kosmik cismin diametri təxminən 1,3 km-dir.
Göy cisminin planetimizə maksimum yaxınlaşması 4,8 milyon kilometr məsafədə olacaq ki, bu da toqquşma ehtimalını istisna edir.