“YouTube”da yayımlanan video rolik heyvansevərlər arasında böyük etirazla qarşılanıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, sujetdə yayımlanan səhnə amansızlığına görə insanları dəhşətə gətirib.
Belə ki, bir şəxs iki günahsız iti timsah dolu suya atıb və ac aliqatorlar anında zavallı və köməksiz heyvanları parçalayıblar.
Görüntülər bütün heyvansevərləri ayağa qaldırıb. Minlərlə insan görüntülərin dərhal platformadan çıxarılmasını tələb ediblər.
Aysel Bədəlova