Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Ednews xəbər verir, nazir bu barədə şəxsi tvitter hesabında paylaşım edib.
O, paylaşımda koronavirus testinin nəticəsinin pozitiv olduğunu qeyd edib.
Nazir xəstəliyi yüngül formada keçirdiyini vurğulayıb və fəaliyyətinə evdən davam edəcəyini bildirib.