Rusiyanın “Kalaşnikov” Şirkətlər Qrupuna daxil olan “Zala Aero” müəssisəsinə “Kub-E” kamikadze PUA-larını ixrac etməyə icazə verilib.
Ednews Ordu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şirkət qeyd edib ki, PUA-ları beynəlxalq bazarda, o cümlədən hökumətlərarası komissiyalar zamanı tanıdacaq.
Bildirilir ki, “gəzən sursatlar” artıq döyüşlərdə uğurla istifadə edilib.
“Kub-E” “gəzən sursatlar”ı “Zala Aero” tərəfindən hazırlanıb və 2021-ci ilin noyabrında dövlət sınaqlarından keçib. 2022-ci ildə Rusiya Silahlı Qüvvələrinə tədarükü planlaşdırılır.
80-130 km/saat sürətə malik olan “Kub”lar çoxməqsədlidir. Maksimum 3 kq faydalı yükə malik platformalar 30 dəqiqə havada qalmağı bacarır.