İsrail öz vətəndaşlarını Ukraynanı mümkün qədər tez tərk etməyə çağırıb.
Ednews xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi ölkədə münaqişənin alovlanması ehtimalına görə bu addımı atıb.
Bu gün XİN-də keçirilən müşavirə və Münhen konfransının iştirakçıları ilə məsləhətləşmədən sonra İsrail bir daha vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb.
"Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər” – deyə İsrailin xarici siyasət idarəsi bildirib.