“Biz Ukraynanın yanındayıq”.
Ednews xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter hesabında yazıb.
“Prezident Putinin Ukrayna xalqına qarşı törətdiyi dəhşətli, əsassız hücumu qətiyyətlə pisləyirik. Bu dəhşətli təcavüz aktına cavab vermək üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə çalışacağıq” - paylaşımda bildirilib.