“Putin insan itkisi və iztirab gətirəcək müharibəni seçdi. Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır. ABŞ və müttəfiqləri birlik və qətiyyətlə cavab verəcəklər”
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyata başlamasından sonra verdiyi yazılı açıqlamasında söyləyib.
Bayden NATO-ya qarşı istənilən hücumu dəf etmək üçün NATO müttəfiqləri ilə sıx təmasda olacaqlarını vurğulayıb.
Qeyd edək ki, İngiltərə, Almaniya, Kanada və Hollandiya Baş Nazirləri Rusiyadan hərbi əməliyyatları dayandırmasını tələb ediblər.
Aysel Bədəlova