Ukrayna hava məkanının bağlanması ilə Antalyadan Moskvaya edilən uçuşun müddəti 2 saat artıb.
Ednews xəbər verir ki, 23 fevraldan etibarən təyyarələrin Bolqarıstan, Macarıstan, Slovakiya, Polşa, Litva və Latviya hava məkanlarından keçməyə başlaması ilə uçuşun müddəti 4 saat 15 dəqiqəyə qədər uzayıb.
Qeyd edək ki, müharibədən əvvəl təyyarələr Rumıniya, Moldova, Ukrayna hava məkanlarından istifadə etdiyindən bu müddət 2 saat 54 dəqiqə olub.
Xatırladaq ki, Moskvadan Antalyaya edilən uçuşların istiqamətləri də dəyişib.
Aysel Bədəlova