Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da baş tutacaq.
Ednews xarici KİV-ə bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Medinski qeyd edib ki, görüş Belarusun Brest vilayətində baş tutacaq.
Onun sözlərinə görə, görüşün başqa günə ertələnməsi barədə xəbərlər həqiqətə uyğun deyil. V.Medinski danışıqların Brest vilayətində keçiriləcəyini və Ukrayna heyətinin artıq Polşadan Belarusa doğru yola düşdüyünü vurğulayıb.