Rusiya və Belarusun Baltikyanı Dövlətlər Şurasında (CBSS) fəaliyyəti Ukraynada xüsusi hərbi əməliyyatlarla bağlı dayandırılıb.
Ednews xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Biz, Xarici İşlər Nazirləri və Aİ Ali Nümayəndəsi, Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü qətiyyətlə pisləyirik.
Biz Baltikyanı Dövlətlər Şurası (CBSS) çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlığımızı davam etdirmək imkanını görmürük. Mövcud şəraitdə Rusiya CBSS-nin rəhbərliyi altında hər hansı əməkdaşlıqda iştirak etməməlidir”, - deyə məlumatda qeyd edilib.
Bəyanatda bildirilib ki, Rusiyanın “beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan əməkdaşlıq yenidən mümkün olana qədər” üzvlüyü dayandırılır.
Bundan əlavə, CBSS-də müşahidəçi dövlət kimi çıxış edən Belarus da şuradan çıxarılıb:
"Rusiyaya Ukraynaya qarşı təcavüz üçün öz ərazisindən istifadə etməyə icazə verməklə, Belarusun özü də təcavüz aktına görə məsuliyyət daşıyır”.