Stoltenberq NATO-nun Rusiya ilə münaqişə axtarmadığını deyib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Stoltenberq NATO-nun Rusiya ilə münaqişə axtarmadığını deyib

Dünya A- A A+

“NATO Ukraynadakı vəziyyətin ölkə hüdudlarından kənara yayılmasına qarşıdır”.

Ednews APA-ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Minlərlə əsgər bizim sərhədlərdədir”,- deyə Stoltenberq bildirib.

Baş katib həmçinin bildirib ki, NATO alyansın kolletiv təhlükəsizliklə bağlı 5-ci maddəsinə sadiqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...