Rusiya Mərkəzi Bankı xarici valyutaların mübadiləsi və dövriyyəsinə yeni məhdudiyyətlər tətbiq edib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb .
"Bu müddət ərzində banklar vətəndaşlara nağd pul satmayacaq. Nağd pulu istənilən vaxt və istənilən məbləğdə rubla dəyişmək mümkün olacaq", - məlumatda qeyd edilib.
Həmçinin, Rusiya Federasiyasının vətəndaşları depozit hesablarından yalnız dollar və yalnız 10 minə qədər pul çıxara biləcəklər. Qalan vəsaitlər buraxılış günündəki məzənnə ilə rublla alına bilər.
Eyni zamanda, valyuta hesabından asılı olmayaraq, vəsaitlər dollara çevriləcək - yəni müştərilər avro ilə depozitdən vəsait çıxara bilməyəcəklər.
Bu, 2022-ci il martın 9-dan sentyabrın 9-dək qüvvədə olacaq.