“Fevralın 24-də başlayan müharibəyə qədər Volnovaxa şəhərinin əhalisi 100 min nəfərdən çox idi. Mülki əhalinin çoxu artıq təxliyə edilib. Volnovaxanın artıq mövcud olmadığını deyə bilərəm”
Ednews xəbər verir ki, bu ifadəni Qondarma Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kırilenko bölgədəki vəziyyətlə bağlı açıqlama verərkən söyləyib.
Ukraynanın şərqində yerləşən və strateji əhəmiyyətə sahib Volnovaxa şəhəri rus işğalı nəticəsində dağıdılıb.
Xatırladaq ki, müharibə milyonlarla mülki şəxsin ölkəni tərk etməsinə səbəb olub.
Aysel Bədəlova