Kiyev martın 16-sı səhər saatlarında raket atəşinə tutulub.
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, raket atəşi nəticəsində Şevçenko rayonunda iki çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. İlkin məlumata görə, 2 nəfər xəsarət alıb. Binadan 35 sakin təxliyə edilib.