Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq.
Ednews BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı bildirib.
“Görüş yaxın zamanda baş tutacaq. Yaxın vaxtlarda Rusiya Prezidenti ilə görüşəcəyik.
Prezidentlər səviyyəsində hansı problemləri həll etməli olduğumuzu bilmək istərdim”, - Belarus lideri qeyd edib.