“Qazprom” aprelin 27-dən Bolqarıstana qaz nəqlini dayandıracaq.
Ednews "ria novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin saytında məlumat verilib.
“Bu gün, aprelin 26-da “Bulgargaz”a “Qazprom Eksport” MMC-dən təbii qazın nəqlinin 27 aprel 2022-ci il tarixindən dayandırılacağı barədə bildiriş daxil olub”, - deyə idarədən bildirilib.
Qeyd edək ki, mart ayında ölkə hakimiyyəti yanacağın pulunu rublla ödəməyəcəklərini açıqlamışdı.
Səbinə Qədirova