ABŞ Müdafiə Nazirliyi –Pentaqon müttəfiq ölkələr ilə birlikdə Ukraynaya daşınan hərbi yüklərə nəzarət etmək və bu ölkəyə edilən hərbi yardımı sadələşdirmək üçün Almaniyanın Ştuqqart şəhərində müşahidə mərkəzinin əsasını qoyub.
Ednews CNN - ə istinadən xəbər verir ki, müşahidə mərkəzi Britaniyalı general tərəfindən idarə olunan beynəlxalq donor mərkəzi (İDCC) ilə sıx əməkdaşlıq edəcək.
Mərkəzin fəaliyyətinə ABŞ hərbiçiləri ilə yanaşı 15 ölkənin əməkdaşları da cəlb ediləcək.
ABŞ rəsmisinin məlumatına görə, müşahidə mərkəzi, həmçinin Ukraynaya hərbi yardım göstərən 40-dan çox tərəfdaş və müttəfiq dövlətdən ibarət şəbəkəyə nəzarət edəcək.
ABŞ Müdafiə naziri Lloyd Austin çıxışında qeyd edib ki, mərkəzin əməkdaşları ayda bir dəfə görüş keçirəcəklər.
Qeyd edək ki, İlk görüş Almaniyanın Ramstein aviabazasında təşkil olunub.