Hindistanda hökm sürən anomal istilər nəticəsində 25 nəfər ölüb.
Ednews xəbər verir ki, Hindistanın Maharaştra əyalətində havanın temperaturunun 46 dərəcəyə yüksəlməsi səbəbindən 25 nəfər həyatını itirib.
Maharashtra səhiyyə rəsmisi P. Awate ölkədə temperaturun son 100 ildə ən yüksək səviyyədə olduğunu və 25 nəfərin həyatını itirdiyini açıqlayıb.
Hindistanın Baş naziri Narendra Modi ölkədə temperaturun normadan çox erkən və daha sürətli yüksəldiyini deyib. Meteorologiya İdarəsinin verdiyi məlumata əsasən yaxın günlərdə ölkənin şimal-qərb və mərkəzi hissələrində temperaturun yüksək qalacağı gözlənilir.
Ülkər İsmayılzadə