“Qlobal ərzaq təhlükəsizliyi 2008-ci ilin maliyyə böhranından bəri görünməmiş səviyyəyə çatıb. Dünyada təxminən 10 həftəlik buğda ehtiyatı var”.
Ednews xəbər verir ki, bu barədə “Gro Intelligence” şirkətinin CEO-su və BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker bildirib.
“Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq” – deyə Menker qeyd edib.