Qazaxıstanda referendum baş tutub - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Qazaxıstanda referendum baş tutub

Dünya A- A A+
Qazaxıstanda referendum baş tutub.
 
Ednews xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası indiyə qədər 7 saat ərzində seçicilərin 53,43 faizinin səs verdiyini açıqlayıb.
 
Beləliklə, seçici fəallığı 50 faiz baryerini keçdiyi üçün referendum baş tutmuş sayılıb.
 
Qeyd edək ki, bu gün Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir. Dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli idarəetmə orqanlarının rolu əhəmiyyətli dərəcədə artırılır, insan hüquqlarının müdafiəsi sistemi gücləndirilir, Dəyişiklikdə Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün tam ləğvi, birinci Prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların Konstitusiyadan çıxarılması əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...