İrəvanın Dəmirçiyan və Proşyan küçələrinin kəsişməsində polislə qarşıdurmaya görə 10 nəfər həbs edilib.
Ednews xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ilə əlaqədar 15 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlardan 10 nəfər barədə həbs qətimkan tədbiri seçilib.