SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Sovet rejiminin dağılmasında məsuliyyət daşıdığını etiraf edib.
Ednews xəbər verir ki, siyasətçi bu barədə rusiya KİV-nə müsahibəsi zamanı danışıb.
Onun sözlərinə görə əgər prosesin bütün iştirakçıları məsuliyyət nümayiş etdirsəydilər,islahatlar nəticə verə bilər və Sovet rejimi yenilənərdi.
“Birlik ümayiş etdirsəydik bizdə güclü, həqiqətən də suveren respublikalar və onların ümumi maraqlarından çıxış edən güclü, səmərəli mərkəz olardı. Amma bu problemi həll edə bilmədik. Mən özümü məsuliyyətdən azad etmirəm”, – deyə Qorbaçov müsahibəsində etiraf edib.
Buna baxmayaraq o, siyasi üsullarla hərəkət edərək Birliyi sona qədər müdafiə etdiyi üçün vicdanının təmiz olduğunu vurğulayıb.
“Həm o vaxt, həm də indi hərbi əməliyyatların başlanması təhlükəsi olduğundan güc tətbiq etmək mümkün deyildi. Rusiyanın mövqeyi olmasaydı, başqa respublikaların separatçıları heç vaxt Birliyi dağıda bilməzdi”.
Keçmiş prezident SSR-nin dağıdılmasında əsas meyar kimi insanların məsuliyyətsizliyində və populist çıxışalarında gördüyünü qeyd edib.
“İnsanlar başa düşmürdülər ki, ölkəni itirirlər. Birliyin müdafiəsi üçün heç kim danışmadı. Düşünürəm ki, buradan mühüm nəticə çıxır: məsuliyyətsizlik, populizm, ucuz demaqogiya”.
Ülviyyə Fərhad