QH Parlament Şəbəkəsinin Bakı Konfransında sülh və dayanıqlı inkişaf müzakirə olunub

Dünya 15:47 30.06.2022
“Biz birgə fəaliyyət göstərməliyik ki, təhlükəsizliyimizi qoruyaq”.
 
Ednews-un xəbərinə görə, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkmənistan Milli Gengeş Məclisinin sədri Gulshat Mamedova bildirib.
 
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda keçirilən konfransda Gulshat Mamedova deyib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi dialoq mədəniyyətini inkişaf etdirməyə, bununla da sülh və sabitliyə töhfə verməyə imkan verəcək: “İnanırıq ki, Bakı Bəyannaməsi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək”.
 
İordaniya Nümayəndələr Palatasının sədri Əbdül Kərim Əl Deqmi qeyd edib ki, bu gün Rusiya-Ukrayna fonunda dünyanın yenidən bloklara bölünməsinin şahidi oluruq: “Biz Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu böhranın həllinə töhfə verəcəyini gözləyirik. Digər tərəfdən, İordaniya dünyanı Suriya və İraqın ərazi bütövlüyünün qorunmasına, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaranmasını dəstəkləməyə çağırır. Dünyada və Yaxın Şərqdə sülhün açarı Fələstin probleminin ədalətli həllidir”.
 
Misir Senatının Abdel Vahab Abedel Rzaeq Misirin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətini dəstəklədiyini vurğulayıb.
 
Cibuti Milli Məclisin sədri Məhəmməd Əli Houmed Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sülh və inkişafa xidmət göstərəcəyinə inandığını söyləyib.
 
Mərakeş Nümayəndələr Palatasının sədri Rachid Talbi El Alami Houmed Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dünyada sülh və təhlükəsizliyə töhfə verəcəyinə inandığını bildirib.
 
Əlcəzair Milli Assambleyasının sədri Brahim Buqali Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransında iştirakçıların sayının çoxluğunun üzv ölkələrin Şəbəkənin fəaliyyətinin effektiv olacağına inamının ifadəsi olduğunu qeyd edib.
 
Ərəb Parlamentinin Prezidenti Adel Əl-Asoomi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin zamanında yaradıldığını nəzərə çatdırıb: “Qoşulmama Hərəkatının üzvləri paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyirlər. Bu mühüm konfransda çıxışımda çağırış edirəm ki, Fələstin problemi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gündəmində əsas yer tutsun. Bu məsələnin konfransda bir daha təsdiqini tapmasını istəyirəm. Ərəb Parlamenti qəbul edir ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi olacaq. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik”.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı