Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq

Dünya A- A A+

Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq.

Ednews xəbər verir ki, bu barədə ölkənin hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün Hüquqi məsələlər üzrə komitənin nəzdində işçi qrupu yaradılacaq.

İ.Kobaxidze deyib ki, qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim ediləcək və noyabrın 29-dək qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması daxil olmaqla 12 şərt yerinə yetirməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...