Özbəkistanın Qaraqalpaqıstan vilayətinin səlahiyyətliləri bildiriblər ki, cümə günü baş verən hadisələrdən sonra minlərlə insan xəstəxanaya yerləşdirlib.
Ednews xəbər verir ki, paytaxt Nukusda xəstəxanaların tamamilə dolub.
Qeyd edək ki, qarşıdurma Özbəkistandan ayrılmaq hüququnu geri almaq planlarına etiraz edənlər ilə fəallar arasında olub.
Özbəkistan lideri Şevkət Mirziyoyev bu planların həyata keçirilməyəcəyini bildirib.
Bununla belə, regional nümayəndələrlə görüşən Özbəkistan lideri ölkədə sabitliyi pozmağa çalışan bədxah qüvvələri günahlandırıb.
Nəzrin Beydiyeva