Nigeriyada əməliyyat zamanı xeyli oğurluq neft ələ keçirilib.
Ednews xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Bernard Onyeuko açıqlamasında bildirib ki, ölkənin neft yataqlarının yerləşdiyi Niger Deltasında əməliyyatlar aparılır.
Onyeuko həmçinin, əməliyyatlar zamanı 3,8 milyon litr oğurlanmış xam neft ələ keçirildiyini vurğulayıb.
Əməliyyatlarda bir çox qeyri-qanuni neft emalı zavodunun məhv edildiyini deyən Onyeuko 26 nəfərin saxlanıldığını, 29 nəqliyyat vasitəsi və 68 taxta qayığın isə ələ keçirildiyini bildirib.
Qeyd edək ki, ölkədə 200-dən çox qanunsuz neft emalı zavodu fəaliyyət göstərir. Həmçinin Nigeriya hökuməti bundan əvvəl ölkədə neft oğurluğu səbəbindən hər il 4 milyard dollar itirildiyini açıqlamışdı.