“İran Ukraynada gərginliyin daha da artmasına səbəb olmamaq üçün Rusiyaya silah verməyəcək”.
Ednews xəbər verir ki, bunu İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahiyan deyib.
“Rusiya ilə müdafiə sazişlərimiz var, lakin bu münaqişədə iştirak edən tərəflərin heç birinə kömək etməyəcəyik”, - İranın xarici işlər naziri deyib.