ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərində iştirak edə biləcəyini deyib.
Ednews xəbər verir ki, o, öz açıqlamasında bu qərarı artıq beyninə qoyduğunu və heç nəyin onun fikrini dəyişdirə bilməyəciyini vurğulayıb.
Keçmiş prezident həmçinin dəqiq qərarını noyabrda keçiriləcək konqresdən sonra yaxud əvvəl verəcəyini açıqlayıb.
Aralıq seçkilərdən əvvəl açıqlama vermənin üstünlük olacağını deyən Tramp bunun digər potensial namizədləri öz kampaniyalarına başlamaqdan çəkindirə biləcəyini də bildirib.
Tramp həmçinin potensial "Respublikaçı" namizədlərdən narahat olmadığını və hazırda ən güclü namizəd hesab edilən Florida qubernatoru Ron DeSantisi rəqib olaraq görmədiyini açıqlayıb.
Nəzrin Beydiyeva