Pakistandakı musson yağışlarının yaratdığı sel fəlakətində ölənlərin sayı artmağa davam edir.
Ednews xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi son 24 saatda 7 nəfərin həyatını itirdiyini bildirib.
Sind əyalətində fövqəladə vəziyyət elan edildikdən sonra səlahiyyətlilər idarələri və xəstəxanalarında nəzarət otaqlarının yaradılmasını tələb ediblər.