Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.
Ednews xəbər verir ki, bu barədə Aİ Şurası qərar qəbul edib.
Belə ki, Toivo Klaarın mandatı bir il - 31 avqust 2023-cü ilə qədər uzadılıb.
Xatırladaq ki, o, ilk dəfə 13 noyabr 2017-ci ildə bu posta təyin edilib.