Azərbaycan əsilli iranlı kinorejissor Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ednews “BBC”yə istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Stayeşi deyib.
“C.Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda və sövdələşmədə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib” – deyə Stayeşi qeyd edib.
O cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib.
Qeyd edək ki, C. Pənahi bundan öncə 2010-cu ildə də 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.