Şri-Lankada yeni prezident seçilib - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Şri-Lankada yeni prezident seçilib

Dünya A- A A+
Bu gün Şri-Lanka parlamentində prezident seçkiləri keçirilib.
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin deputatları Ranil Vikramasinqxeni prezident seçiblər.
 
Qeyd edək ki, Nümayəndələr Palatasında bu gün səhər saatlarında başlayan gizli səsvermədə parlament üzvləri keçən həftə Qotabaya Racapaksanın istefası nəticəsində boş qalan vəzifəni doldurmaq üçün növbəti prezidentin seçilməsi üçün səs veriblər.
 
73 yaşlı siyasətçi seçkidə Şri-Lankalı dissident Poducana Peramuna, keçmiş nazir Dullas Alahapperuma və deputat Anura Kumara Dissanayake ilə mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...