İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkədə nüvə bombalarının istehsalı ilə bağlı mühüm açıqlamalar verib.
Ednews xəbər verir ki, Atom Enerjisi Agentliyinin rəhbəri İslami nüvə bombası hazırlamaq üçün texniki imkanları olduğunu açıqlayıb.
O, həmçinin nüvə fəaliyyətlərində irəliləyiş əldə etdiklərini deyib.
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığın davam etdiyini bildirən İslami MAQATE-nin İranın nüvə obyektlərini təftiş etmək və nüvə proqramı ilə bağlı məlumat əldə etmək iqtidarında olduğunu bildirib.
Beydiyeva Nəzrin