"Moskva ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini aşkar təxribat kimi qiymətləndirir".
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda bildirilib.
"Tayvan boğazı ilə bağlı tərəflər arasında münasibətlər sırf Çinin daxili işidir. Çin tərəfinin Tayvan məsələsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görmək hüququ var", - deyə bəyanatda deyilir.