NATO Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.
Ednews xəbər verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə köməkçisi Xavyer Kolomina Twitter səhifəsində yazıb.
“Biz insan tələfatından dərin təəssüflənirik və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, deyə o, qeyd edib.