“Onları sülhməramlı adlandırmayın” - Erməni ekspert - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Onları sülhməramlı adlandırmayın” - Erməni ekspert

Dünya A- A A+
“Rusiya anti-erməni siyasəti və strategiyası həyata keçirir. Bunu ciddi təhlil edin, başqa bir şey düşünməyə çalışmayın”.
 
Ednews xəbər verir ki, bu fikirləri milli təhlükəsizlik üzrə erməni ekspert Qraçya Arzumanyan yazıb.
 
Onun fikrincə, Rusiya öz milli maraqlarını belə görür və bu reallığı hər kəs bilməli, fantaziyaya uymamalıdır.
 
Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti beynəlxalq mexanizmlərə əl atmalı, Rusiya və Türkiyəyə köklənməməli, bu regionda maraqlarının olduğunu açıq-aydın bəyan edən digər güc mərkəzlərinə - İran, Avropa və ABŞ-a müraciət etməlidir:
 
“Qarabağa (Qondarma “Arsax” rejimi nəzərdə tutulur) beynəlxalq sülhməramlıların cəlb edilməsi üzərində işə başlamaq və Rusiya hərbçilərini sülhməramlı adlandırmağı dayandırmaq lazımdır. Çünki onlar Xocavəndin Çaylaqqala, Xocalının Fərrux kəndlərində, indi isə Laçında “sülhməramlı öhdəliklərini” yerinə yetirmədilər”.
 
O, hesab edir ki, Rusiya mediası müharibə illərində Ermənistanda erməni cəmiyyətinə qarşı təbliğat aparıblar. “Arsax” hakimiyyəti isə “Rusiya “Arsax”ı xilas edəcək” deməklə Qarabağda yaşayan erməniləri inandırmağa çalışıblar.  
 
Qraçya Arzumanyan vurğulayıb ki, Arayik Arutyunyan 2020-ci ildə başladığı işi davam etdirir, “Arsaxı Rusiya-Türkiyə alyansına təslim edir:
 
“Onun hakimiyyətə gəlişi qeyri-legitim idi və bu qanun pozuntularına Nikol Paşinyanın təzyiqi sayəsində göz yumuldu”.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...