“Bizə şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

“Bizə şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər

Dünya A- A A+
Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.
 
Ednews xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.
 
Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib. Hazırda Zabux kəndidə bir qrup erməni tərəfindən aksiya başladılıb.
 
Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakini Ayk Xanumyan “Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib:
 
“Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...