Avropa sanksiyaları Ermənistanın Hava Yolları Şirkətinin işini iflic etdi - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Avropa sanksiyaları Ermənistanın Hava Yolları Şirkətinin işini iflic etdi

Dünya A- A A+

Avropa ölkələrinin bəzilərinin Rusiyaya sanksiyalarına görə bir çox icarədar aviaşirkətlər öz təyyarələrini geri çağırmağa başlayıblar ki, bu da Ermənistan üçün problemlər yaradıb.

Bu barədə Ednews Ermənistanın mətbuatına istinadən xəbər verir.

Ermənistanın aviaşirkətinin direktoru Gevorq Xaçatryan bildirib ki, yerli hava yollarının bir neçə reysi təxirə salınıb, səbəb Avropa sanksiyalarıdır.

Onun sözlərinə görə, aviadaşıyıcılarda layner çatışmazlığı yaşanır ki, bu da uçuşların vaxtında təşkilinə problem yaradır və müntəzəm reyslərin gecikməsinə səbəb olur.

Xaçatryan bildirib ki, şirkətin Moskva və Hurqada planlaşdırılan reysləri məhz bu səbəbdən ləngiyib. O, yaranmış narahatlığa görə üzr istəyib, bildirib ki, sərnişinlərə bütün təzminatlar ödəniləcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...