“Sülhün Kökləri” humanitar qeyri-kommersiya təşkilatının təsisçisi və baş direktoru Heidi Kuhn həmkarları, əfsanəvi üzümçü Mayk Qrqriç və qızı Violet Qrqriçə baş çəkmək üçün Xorvatiyanın Napa vadisinə səfər edib. Ednews xəbər verir ki, o, səfəri barədə məlumatı Facebook sosial şəbəkəsində izləyiciləri ilə bölüşüb.
Xanım Kühn qeyd edib ki, Mayk 2000-ci ildə Balkan müharibələrindən sonra Xorvatiyaya xeyirxah məqsədlə səfər edərək ona qoşulub. O, həmçinin əlavə edib ki, onlar bu yerləri ziyarət edərkən həmin ərazilərdə hələ də 1,2 milyondan çox mina mövcud idi.
Bununla belə, bu gün Xorvatiyanın Vukovar, İlok, Draqaliç, Ciste Male, Ciste Velika, Karlovac, Bibijne və Bastica kimi əraziləri minalardan təmizlənərək əvəzində üzüm və meyvə bağlarının salınması üçün CROMAC ilə birgə maliyyə toplamaları nəticəsində dünyanın sevimli turistik yerlərindən birinə çevrilib.
Ednews Heidinin Xorvatiyaya səfəri ilə bağlı ingilis dilindəki paylaşımını təqdim edir: