Rusiya XİN Nikol Paşinyana cavab verib - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Rusiya XİN Nikol Paşinyana cavab verib

Dünya A- A A+
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə iddialarına münasibət bildirib.
 
Ednews xəbər verir ki, nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb.
 
“Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub”, - İ.Neçayev söyləyib.
 
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov N.Paşinyana cavab olaraq bildirmişdi ki, Ermənistandan sülhməramlıların fəaliyyətinə dair konkret təkliflər gəlməyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...