Rusiya MN Böyük Britaniyaya xəbərdarlıq edib - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Rusiya MN Böyük Britaniyaya xəbərdarlıq edib

Dünya A- A A+
Böyük Britaniya ölkənin kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət edib. Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Nazirlik Rusiya Hava Kosmik Qüvvələrinə təyyarənin Rusiya səması üzərindən uçuşuna mane olmaq tapşırığı verilib. “Böyük Britaniya RC-135 kəşfiyyat təyyarəsinin Rusiya ərazisindən keçərək uçuşu üçün müraciət edib. Bunu məqsədyönlü təxribat sayırıq”, - deyə açıqlamada deyilir. Rusiya Müdafiə Nazirliyi baş verə biləcəklərə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyini xatırladıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...