İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabiti Suriyada öldürülüb.
Ednews xəbər verir ki, bu barədə İranın Mehr Xəbər Agentliyi məlumat yayıb.
Məlumata əsasən, IRCG-nin generalı Əbülfəzl Əlicaninin Suriyaya məsləhət missiyası apardığı iddia edilib. Onun ölümünün təfərrüatları hələki bəlli deyil.
Qeyd edək ki, onun cənazəsi dəfn mərasimi üçün İrana qaytarılacaq.
Nəzrin Beydiyeva