Rusiya hakimiyyəti əcnəbilərin Rusiya Federasiyasına girişi, çıxışı və qalma şərtləri haqqında yeni qanun layihəsi hazırlayır.
Ednews APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, miqrasiya məsələsinə Rusiya Təhlükəsizlik Şurasının sentyabr ayında keçiriləcək böyük iclasında baxılacaq.