Türkiyədə, Çanaqqala boğazında yük gəmisi saya oturub.
Ednews xəbər verir ki, 93 metr uzunluğunda, 2,9 min ton ağırlığında olan gəmi Mərmərə dənizindən Dardanel boğazına daxil olduqdan sonra Gelibolu bölgəsi sahillərində saya oturub.
Qeyd olunur ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən "Yalıköy" gəmisi Ukraynadan Yunanıstana hərəkət edirdi.
Hazırda gəminin hərəkətinin bərpa olunması üçün işlər aparılır.