Maye hidrogen sızması NASA-nın Ayda yeni raket buraxılışı üçün hazırlıqlarının dayandırılmasına səbəb olub.
Ednews xəbər verir ki, nəzarətçilər bazar ertəsi səhər Artemis 1 üçün yanacaq doldurma əməliyyatını dayandırıblar. NASA problemin aradan qaldırılması barədə hələ ki, bir məlumatın olmadığını deyib.
“Komanda ilkin mərhələdə maye hidrogen sızıntısının qarşısını almaqda davam edir,” deyə NASA məlumat verib.
Elnur Ənvəroğlu