Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1136 nəfərə çatıb.
Ednews TASS-a istinadən xəbər verir ki, daşqınlar təhlükəsi Hayber-Pahtunhva əyalətində hələ də davam edir.
Fövqəladə Hallar üzrə Milli İdarənin məlumatına əsasən, təxminən 1 634 nəfər yaralanıb və 735 mindən çox ev heyvanı tələf olub.